Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.
Xezerxeber.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsində yazıb.
“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq. Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, - Şarl Mişel qeyd edib.