Xəzər Xəbər

Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib

Gündəm | 15:50 • 17 Aprel 2024
Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 17-də Tavuş bölgəsinə səfəri çərçivəsində Kirants kəndinə də gedib.

Xezerxeber.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında yazıb.

O, Voskaper kəndindən sonra Kirantsa gəldiyini, burada da görüşün sual-cavab formatında keçirildiyini bildirib.

Qeyd edək ki, aprelin 17-də Nikol Paşinyan Voskepar kəndinin sakinləri ilə görüşüb. Görüş qapalı keçirilib və çəkilişə icazə verilməyib.

Kənd sakinlərindən biri - Laura adlı qadın mətbuata bildirib ki, N.Paşinyan torpaq mübadiləsi aparılmalı olduğunu bəyan edib. Baş nazir bölgə sakinlərini qismən də olsa, razı sala bilib.

Xəbər lenti