Xəzər Xəbər

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini ATƏŞƏ TUTUB

Gündəm | 09:32 • 13 Aprel 2024
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024