Xəzər Xəbər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu VERİLƏ BİLƏR

Gündəm | 13:02 • 12 Aprel 2024
Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

XİN başçısı çıxışı zamanı iştirakçı nazirlərə MDB çərçivəsində iqtisadi-ticarət, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında Azərbaycanınnin baxışı barədə məlumat verib.

"Bundan əlavə, Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi, MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilməsi üçün müraciətlə bağlı görülən işlər barədə məlumat verilib", - paylaşımda qeyd olunub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024