Xəzər Xəbər

ANAMA əməkdaşı Ağdamda minaya düşdü

Gündəm | 18:58 • 2 Aprel 2024
ANAMA əməkdaşı Ağdamda minaya

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az Ağdam rayon prokurorluğuna istinadən məlumat verir ki, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024