Xəzər Xəbər

Baş prokuror: Hüquq-mühafizə orqanlarında şəffaflığın artırılması istiqamətində işlər görülür

Gündəm | 11:57 • 2 Aprel 2024
Baş prokuror: Hüquq-mühafizə orqanlarında şəffaflığın artırılması istiqamətində işlər görülür

“Hüquq-mühafizə orqanlarında şəffaflığın artırılması istiqamətində işlər görülür”.

Xezerxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın bütün torpaqları işğaldan azad edilib, azad edilən ərazilərdə quruculuq və yenidənqurma işləri qürurvericidir.

Kamran Əliyev qeyd edib ki, hüquq-mühafizə orqanlarında şəffaflığın, peşəkarlığın artırılması istiqamətində işlər görülür: "Rəqəmsallaşma əsas sahələrdən biridir. Bu, cinayət prosesi ilə bağlı xüsusi sahədir. Artıq qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi zərurəti yaranmışdı".

Baş prokuror qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində, o cümlədən cinayət mühakimə icraatında rəqəmsallaşma müasir dövrün tələbidir.

O söyləyib ki, ölkədə hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb: “Prezidentin 2021-ci il 7 may tarixli Fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi yaradılıb. 2023-cü il aprelin 1-dən “Elektron prokurorluq” informasiya sisteminin əsas modulları istifadəyə verilmişdir. 2023-cü ilin sentyabrından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin “İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə aparılması təmin edilir”.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024