Xəzər Xəbər

Aydın Kərimov yenidən Prezidentin xüsusi nümayəndəsi təyin edilib

Gündəm | 14:18 • 1 Aprel 2024
Aydın Kərimov yenidən Prezidentin xüsusi nümayəndəsi

Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024