Xəzər Xəbər

Bakıda vahid bələdiyyələr formalaşacaq

Gündəm | 13:00 • 1 Mart 2024
Bakıda vahid bələdiyyələr formalaşacaq

Bakıda 40-dan artıq qəsəbə var və onların hərəsində 40 mindən artıq insan yaşayır. Bu qəsəbələrdə vahid bələdiyyələr formalaşacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin martın 1-də keçirilən iclasında deyib.

Qeydiyyatsız evlərlə bağlı məsələyə toxunan komitə sədri bildirib ki, “Bələdiyyə seçkiləri haqqında” qanunda Seçki Məcəlləsində həm vətəndaşlığı olmayan, həm də 6 ay bir ərazidə yaşayan şəxslər səsvermə hüququna malikdir.

"Qeydiyyat məsələsi hər yerdə qaldırılıb. Bilirsiniz ki, Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz ev var. Qəsəbələrdə 3000-dən artıq yaşayış massivi mövcuddur ki, orada vahid bələdiyyələr formalaşacaq. Gələcəkdə də onların sayı artdıqca, yalnız bələdiyyə üzvlərinin sayında artım ola bilər. Mənzillərin çoxluğu və ya azlığı məsələni həll etmir", - deyə o əlavə edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024