Xəzər Xəbər

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi uğur hekayəsidir

Gündəm | 11:50 • 1 Mart 2024
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi uğur hekayəsidir

Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında səsləndirib.

Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024