Xəzər Xəbər

Prezident İlham Əliyev Seyid İbrahim Rəisini təbrik edib

Gündəm | 11:55 • 11 Fevral 2024
Prezident İlham Əliyev Seyid İbrahim Rəisini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisini İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib.

Xezerxeber.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram.

Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan ilə İran arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024