Xəzər Xəbər

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Kuba mətbuatının diqqətində olub

Gündəm | 10:41 • 11 Fevral 2024
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Kuba mətbuatının diqqətində olub

Kubanın aparıcı mətbu orqanları “Prensa Latina”, “Granma”, “Trabajadores” qəzetlərində, eləcə də “Cubavision Internacional” və “Canal Caribe” televiziya kanallarında fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezidenti seçkiləri geniş işıqlandırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Kubadakı səfirliyindən bildirilib.

Məlumatlarda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının namizədi kimi prezident seçkilərində iştirak etdiyi və Azərbaycan xalqının 92 faizdən çox səsini əldə edərək inamlı qələbə qazandığı qeyd edilib. Kuba Respublikasının Prezidenti Miqel-Dias Kanel Bermudes tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qələbəsi münasibətilə ünvanladığı təbrik məktubundan bəhs olunub.

Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkilərin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Füzuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərini sakinləri seçkilərdə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.

Məlumatlarda habelə, seçkiləri işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024