Xəzər Xəbər

Azərbaycanın xarici işlər naziri ukraynalı həmkarı ilə görüşüb FOTO

Gündəm | 18:49 • 11 Dekabr 2023
Azərbaycanın xarici işlər naziri ukraynalı həmkarı ilə görüşüb

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

XİN-dən Xezerxeber.az-a  verilən xəbərə görə, nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar. 

Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.​

Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.​

Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar