Xəzər Xəbər

Bu gündən Azərbaycanda Prezidentliyə namizədlər irəli sürülə bilər

Gündəm | 09:00 • 9 Dekabr 2023
Bu gündən Azərbaycanda Prezidentliyə namizədlər irəli sürülə bilər

Bu gündən Azərbaycanda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar namizədlər irəli sürülə bilər.

Xezerxeber.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədlər irəli sürə bilər. 

Beləliklə, 7 fevral 2024-cü ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar bu müddət bu gündən başlayır.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”na əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
21:30 • 13 İyun 2024
AK Parti nümayəndə heyəti Azərbaycana Şuşaya
AK Parti nümayəndə heyəti Azərbaycana Şuşaya GƏLİR
12:27 • 13 İyun 2024
Azərbaycanda şəhid ailələrinin hüquqları
Azərbaycanda şəhid ailələrinin hüquqları ARTIRILIR
10:33 • 13 İyun 2024
Ərdoğan gələn ay Şuşaya
Ərdoğan gələn ay Şuşaya səfər edəcək
15:25 • 12 İyun 2024
“Qafqaz Qartalı - 2024” birgə təlimi
“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb
12:55 • 12 İyun 2024
Azərbaycan və İranda taktiki
Azərbaycan və İranda taktiki təlimlər
19:36 • 11 İyun 2024

Xəbər lenti