Xəzər Xəbər

Peter Mixalko: Azərbaycan xalqı minalardan əziyyət çəkir

Gündəm | 11:42 • 28 Noyabr 2023
Peter Mixalko: Azərbaycan xalqı minalardan əziyyət çəkir

"Avropa İttifaqı (Aİ) Azərbaycanın qadın minatəmizləyənlərin peşəkarlaşmasına dəstək göstərəcək".

Xezerxeber.az xəbər verir ki, bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O qeyd edib ki, minaların yaratdığı dəhşətin izləri münaqişədən sonra da qalır.

“Bu gün Azərbaycan xalqı minalardan əziyyət çəkir. Hazırda Aİ Azərbaycanın minatəmizləmə sahəsində ən mühüm tərəfdaşıdır. Biz minatəmizləmə sahəsində maarifləndirmə, mina qurbanlarına yardım kimi sahələrdə Azərbaycana dəstək göstəririk. Aİ ANAMA-ya iki qadın minatəmizləmə dəstəsinə təlim keçmək üçün dəstək göndərib. Biz bundan sonra da qadınların bu sahədə peşəkarlaşmasına, ümumiyyətlə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək göstərəcəyik",- deyə Aİ rəsmisi bildirib.

Xəbər lenti

Çox oxunanlar