Xəzər Xəbər

Azərbaycanda qışda hava NECƏ OLACAQ? AÇIQLAMA

Gündəm | 16:57 • 24 Noyabr 2023
Azərbaycanda qışda hava NECƏ OLACAQ?

Pronqozlara görə, 2024-cü ilin yanvar-fevral aylarında havanın orta temperaturu bir neçə dərəcə yüksək olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, son illərdə müşahidə edilən qlobal istiləşmə, iqlim dəyişmələri Azərbaycandan da yan keçmir.

Nazim Mahmudov xatırladıb ki, Azərbaycanda yanvar-fevral aylarında hava adətən sərt keçir:

“Qlobal istiləşmə fonunda havanın temperaturunun qış aylarında da mülayim keçdiyini müşahidə edirik. Lakin buna baxmayaraq, istisna edilmir ki, yanvar-fevral aylarında bu il də yağıntılar bol olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacaq, şimal-qərb küləkləri üstünlük təşkil edəcək”.

Xəbər lenti

Çox oxunanlar