Xəzər Xəbər

Sumqayıtın ərazisi genişləndirilir

Gündəm | 12:22 • 3 Oktyabr 2023
Sumqayıtın ərazisi genişləndirilir

Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahələri verilir.

Xezerxeber.az-ın xəbərinə görə, bu məsələ bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024