Xəzər Xəbər

Rəsmi Bakıdan Qarabağ ermənilərinə yaşayış yerlərini tərk etməməyə ÇAĞIRIŞ

Gündəm | 14:38 • 28 Sentyabr 2023
Rəsmi Bakıdan Qarabağ ermənilərinə yaşayış yerlərini tərk etməməyə

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsinin olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Baş naziri Nikol Paşinyanın 28 sentyabr tarixli bəyanatına cavabında bildirilir.

“Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”, açıqlamada deyilir.

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024