Xəzər Xəbər

Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını ELAN ETDİ

Gündəm | 10:25 • 28 Sentyabr 2023
Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını

Dağlıq Qarabağın qondarma rəhbəri olmuş Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən bütün “qurum”ların ləğvi haqqında qərar qəbul edib.

Xezerxeber.az “sputnikarmenia”a istinadən xəbər verir ki, açıqlamada qərarın hazırkı vəziyyətlə əlaqədar olaraq Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq qəbul edildiyi bildirilir.

Bu qərar həmçinin Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan nümayəndələri ilə əldə edilmiş razılaşmadan irəli gəlir. Açıqlamada deyilir ki,  Laçın dəhlizi ilə Dağlıq Qarabağ erməni sakinlərinin, o cümlədən silahlarını yerə qoymuş hərbi qulluqçuların öz əmlakları ilə sərbəst, könüllü və maneəsiz keçidi onların nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bundan sonra Dağlıq Qarabağın erməni əsilli sakinləri, o cümlədən ətraf bölgələrdə yerləşən erməni əsilli əhaliyə gələcəkdə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq təklif olunur.

Xəbər lenti

Çox oxunanlar