Xəzər Xəbər

Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib FOTO

Gündəm | 09:47 • 28 Sentyabr 2023
Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və onu müşayiət edən heyətlə görüş keçirərək su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib.

Xezerxeber.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə sudan səmərəli istifadə istiqamətində maarifləndirmə, iki ölkə arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər də müzakirə olunub.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024