Xəzər Xəbər

Azərbaycanda "TikTok"un fəaliyyəti MƏHDUDLAŞDIRILDI

Gündəm | 16:08 • 19 Sentyabr 2023
Azərbaycanda "TikTok"un fəaliyyəti

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Qurum sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.

Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024