Xəzər Xəbər

"Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə erməni resurslarının məlumatları tamamilə yalandır"

Gündəm | 15:12 • 19 Sentyabr 2023
"Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə erməni resurslarının məlumatları tamamilə yalandır"

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", MN-in məlumatında deyilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024