Xəzər Xəbər

Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib FOTO

Gündəm | 19:18 • 18 Sentyabr 2023
Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından belə görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024