Xəzər Xəbər

Qanunsuz erməni silahlıları Azərbaycan ərazisində bu qədər silah-sursat yerləşdiriblər

Gündəm | 17:57 • 18 Sentyabr 2023
Qanunsuz erməni silahlıları Azərbaycan ərazisində bu qədər silah-sursat yerləşdiriblər

10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqdə bildirilib. 

Qeyd edilib ki, yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024