Xəzər Xəbər

Azərbaycandan Ukraynaya növbəti humanitar YARDIM

Gündəm | 13:10 • 10 İyun 2023
Azərbaycandan Ukraynaya növbəti humanitar

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb.

Xezerxeber.az xəbər verir ki, humanitar yardım Ukrayna tərəfinə təhvil verilib.

Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkcələr və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yola salınıb.

Xəbər lenti