Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Ərdoğanın Şimali Kiprdə Prezident Ersin Tatarla görüşəcəyi bildirilir.
Xəbərə görə, Türkiyə lideri iyunun 13-də isə Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə görüşəcək.
Ərdoğanın Azərbaycana səfəri zamanı iki dövlət başçısının Cənubi Qafqazda sülh və sabitliyə yönəlik bəyanatlarla çıxış edəcəkləri qeyd olunub.