Xəzər Xəbər

Azərbaycan və Ermənistan dəmir yolunun keçəcəyi yeri RAZILAŞDIRIB

Gündəm | 13:55 • 9 İyun 2023
Azərbaycan və Ermənistan dəmir yolunun keçəcəyi yeri

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin son 9 saat davam edən iclasında dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var.

Xezerxeber.az “sputnik armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, 2-3 fikir ayrılığı var, lakin ümumiyyətlə mətn yüksək səviyyədə hazırdır.

“Bu, adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər kommunikasiyaların tezliklə açılması prosesinə başlamaq istəyi var”, - Rusiya rəsmisi vurğulayıb.

Rusiya Baş nazirinin müavini onu da əlavə edib ki, sərhəd nəzarətinin Rusiya Federasiyası FTX tərəfindən həyata keçirilməsi imkanları Ermənistandan asılı olacaq.

Xəbər lenti