Xəzər Xəbər

Bakıdakı iclasda Ermənistan tərəfi iştirak etdi, Azərbaycan tərəfinin də İrəvandakı iclasda iştirak edəcəyinə ümidvarıq Manilov

Gündəm | 16:00 • 8 İyun 2023
Bakıdakı iclasda Ermənistan tərəfi iştirak etdi, Azərbaycan tərəfinin də İrəvandakı iclasda iştirak edəcəyinə ümidvarıq

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi dəstəklənməli və sülhə nail olmaq üçün səylər göstərilməlidir

Xezerxeber.az xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.

"Perspektivlər həmişə var və siz həmişə buna can atmalısınız. Bu günə qədər uğurlu alınıb. O qeyd edib ki, bugünkü görüşdə Ermənistanın sərhəd idarəsi də iştirak edib. Ümid edirəm ki, Ermənistanda keçiriləcək görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o əlavə edib.

Xəbər lenti