Xəzər Xəbər

ŞUŞA-da görüləcək hansı işlər qalıb? AÇIQLAMA

Gündəm | 14:25 • 7 İyun 2023
ŞUŞA-da görüləcək hansı işlər qalıb?

Şuşa 20 mindən çox sakinin yaşadığı şəhər olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Aydın Kərimov şəhərin planının qarşıdakı 20 il ərzində onun küçələrinin və evlərinin inkişafını detallı şəkildə əhatə etdiyini qeyd edib:

 “İndi xəstəxananın tikintisi sürətlə davam edir. Məktəbin yeni tədris ilində, 15 sentyabrda açılışı gözlənilir. Bu sahədə də işlər sürətlə davam etdirilir. Hədəf olaraq ilk yaşayış kompleksi 450 mənzildən ibarət olacaq. Bu isə o deməkdir ki, ilin sonuna, növbəti ilin əvvəlinə qədər yüzlərlə ailə Şuşaya köçürüləcək. Şuşanın da özünəməxsus profili olacaq, daha çox turizm infrastrukturu, mədəniyyət yönümlü obyektlərin idarə olunması, eyni zamanda, dövlət qurumlarının da burada böyük fəaliyyəti olacaq. Məsələn, artıq təmirinə başladığımız dövlət xidmətləri mərkəzində gələn ilin əvvəlində 4 mühüm qurum fəaliyyətə başlayacaq. Bununla bağlı da artıq hazırlıq işləri görülür. Hotelçilik, özəl sektorların cəlb olunması işləri də gedir. Burada qısa zamanda məşğulluq üçün münbit şərait yaradılacaq”.

Xəbər lenti