Xəzər Xəbər

Qeyri-qanuni erməni silahlılarının mühəndis işlərinin qarşısı alınıb

Gündəm | 19:09 • 29 May 2023
Qeyri-qanuni erməni silahlılarının mühəndis işlərinin qarşısı alınıb

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Xəbər lenti

Çox oxunanlar