Xəzər Xəbər

Ermənistanda keçmiş prezidentin mühafizə xidmətinin rəisi həbs edilib FOTO

Gündəm | 13:00 • 29 May 2023
Ermənistanda keçmiş prezidentin mühafizə xidmətinin rəisi həbs edilib

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sabiq mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan həbs edilib.

Xezerxeber.az xəbər verir ki, ona qarşı irəli sürülən ittiham hələ məlum deyil.

Qeyd edək ki, Vaçaqan Kazaryan 5 il öncə bankdan çıxarkən saxlanılıb. Onun əlindəki çemodandan 120 min dollar və 436 milyon dram tapılıb. Eyni zamanda Vaçaqan Kazaryanın evində də aparılan axtarışnəticəsində daha 1 milyon 750 min dollar aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar