Xəzər Xəbər

Mehriban Əliyeva Ərdoğanı və xanımını təbrik edib FOTO

Gündəm | 23:45 • 28 May 2023
Mehriban Əliyeva Ərdoğanı və xanımını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, paylaşımda deyilir:

“Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.

Xəbər lenti