Xəzər Xəbər

Sərhəddə gərginlik... DSX erməni diversant qrupunu tutub RƏSMİ

Gündəm | 20:44 • 26 May 2023
Sərhəddə gərginlik... DSX erməni diversant qrupunu tutub

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

Xezerxeber.az DSX-a istinadən xəbər verir ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024