Xəzər Xəbər

Zakir Həsənov Gürcüstanda keçirilən hərbi paradda iştirak edib FOTO

Gündəm | 18:25 • 26 May 2023
Zakir Həsənov Gürcüstanda keçirilən hərbi paradda iştirak edib

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə MN-dən bildirilib. Məlumata görə, sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Qeyd edilib ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib.

 

Xəbər lenti