Xəzər Xəbər

Prezident İlham Əliyev Moskvadadır FOTO/YENİLƏNİR

Gündəm | 12:30 • 25 May 2023
Prezident İlham Əliyev Moskvadadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.

12:39

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rusiyada rəsmi səfərdədir. 

"Tass" informasiya agentliyi bir qədər əvvəl bildirib ki, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

İlham Əliyevlə Putin arasında ikitərəfli görüş də planlaşdırılır.

Azərbaycan prezidentinin Avrasiya İqtisadi İttifaqının iclasında qonaq qismində iştirak edəcəyi də gözlənilir.

10:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti