Xəzər Xəbər

Birgə səylərimiz nəticəsində əlaqələrimizi hərtərəfli inkişaf etdirə biləcəyik Petr Pavel

Gündəm | 18:19 • 24 May 2023
Birgə səylərimiz nəticəsində əlaqələrimizi hərtərəfli inkişaf etdirə biləcəyik

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və inanıram ki, birgə səylərimiz nəticəsində biz bu əlaqələri hərtərəfli inkişaf etdirə biləcəyik.

Zati-aliləri, Sizə uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".

Xəbər lenti