Xəzər Xəbər

Qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq Xorvatiya Prezidenti

Gündəm | 16:16 • 24 May 2023
Qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, vətəndaşlarınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

"Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq."

Xəbər lenti