Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyası dərc olunub.
Xezerxeber.az “Ria Novosti”yə istinadən məlumat verir ki, Konsepsiyanın Cənubi Qafqaza aid olan hissəsində 2016-cı il 1 dekabr tarixində dərc olunan hissədən fərqli olaraq bu dəfə Qarabağ məsələsi barədə bir cümlə belə qeyd olunmayıb. Ümumi olaraq sənəddə "Rusiyanın yaxın coğrafiyada əsas məqsədi regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir" tezisi qeyd olunub.
Xatırladaq ki, 2016-cı ilin Xarici Siyasət Konsepsiyasında isə Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yolla həlli xarici siyasət prioritetləri sırasına daxil edilmişdi.
Yeni Xarici Siyasət Konsepsiyasının ilk bəndində ABŞ-ın yürütdüyü kurs anti-Rusiya siyasətinin, sülh və bəşəriyyətin inkişafı üçün risklərin əsas mənbəyi adlandırılıb.
Həmçinin, Rusiya özünə və ya müttəfiqlərinə qarşı silahlı hücumu dəf etmək, onların qarşısını almaq üçün ordudan istifadə edəcək və digər dövlətlərə onların Rusiya Federasiyasıına davrandığı kimi münasibət göstərəcək.
Konsepsiyada vurğulanır ki, Rusiya üçün dost qlobal güc mərkəzləri olan Çin və Hindistanla əlaqələri və koordinasiyanı hərtərəfli dərinləşdirmək xüsusilə vacibdir.
XXI əsrdə Rusiyanın flaqman layihəsi Avrasiyanın vahid sülh, sabitlik, firavanlıq məkanına çevrilməsidir.
Konspesiyanın Avropa aid olan hissəsində isə bildirilir ki, anti-Rusiya siyasətindən imtina, ABŞ-dan daha çox müstəqillik Avropa ölkələrinin təhlükəsizliyini və rifahını artıra bilərdi.