Xəzər Xəbər

Sahibə Qafarova Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşdü

Gündəm | 08:49 • 30 Mart 2023
Sahibə Qafarova Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşdü

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Dünya Sıfır Tullantı Günündə BMT-də keçirilən xüsusi sessiya çərçivəsində Nyu-Yorka yerləşən Türk Evində gələn Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Ə.Ərdoğan rəsmi “Twitter“ hesabında paylaşım edib.

“Sıfır Tullantı ilə bağlı təcrübələrimizi paylaşdıq. Ekoloji problemlərin bütün dünya ölkələrinin məsuliyyəti olduğunu və iqlim dəyişikliyi ilə mübarizə aparılması barədə həmfikir olduq. Xanım Qafarovaya BMT-də göstərdiyi dəstəyə və onun timsalında əziz Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə birinci xanım vurğulayıb.

Xəbər lenti