Xəzər Xəbər

Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq PREZİDENT İLHAM ƏLİYEV

Gündəm | 14:56 • 18 Mart 2023
Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq

Biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv etmişik, diz çökdürmüşük.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı deyib: “Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq”.

Xəbər lenti