Xəzər Xəbər

"Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir" MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN

Prezident Talış kəndində Novruz tonqalını alovlandırıb
Gündəm | 12:24 • 18 Mart 2023
"Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

“Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini vurğulayan Prezident İlham Əliyev xalqımıza yeni-yeni uğurlar və qələbələr arzulayıb.

12:24

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Xəbər lenti