Xəzər Xəbər

Bakıda şirkətdə adam ölüb

İstintaq aparılır
Gündəm | 15:06 • 13 Mart 2023
Bakıda şirkətdə adam ölüb

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar