Xəzər Xəbər

"Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəlikləri təhlükəsizlik problemləri ilə üzləşib"

Gündəm | 17:00 • 2 Fevral 2023
"Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəlikləri təhlükəsizlik problemləri ilə üzləşib"

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə və həlak olan şəxsin ailəsinə başsağlığı veririk.

Bu barədə ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Maykl Karpenter ATƏT Daimi Şurasının iclasında deyib. 

Onun sözlərinə görə, ABŞ zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə sadiqdir.

“Biz İran hakimiyyətini araşdırma aparmağa və hücuma görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq. Qeyd edirik ki, Azərbaycanın bir sıra digər ölkələrdəki nümayəndəlikləri də son aylarda təhlükəsizlik problemləri ilə üzləşib. Biz bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini dəstəklədiyimizi bir daha bildiririk. Biz İran hökumətinə Vyana Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - Maykl Karpenter qeyd edib. (APA)

Xəbər lenti