Xəzər Xəbər

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir FOTO

Gündəm | 10:45 • 30 Yanvar 2023
Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

Xezerxeber.az xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. 

Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.

Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

Xəbər lenti