Xəzər Xəbər

Naxçıvanda Dövlət Xidməti yoxlanılır

Kompleks yoxlamalar aparılır
Gündəm | 12:11 • 24 Yanvar 2023
Naxçıvanda Dövlət Xidməti yoxlanılır

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır. Qurumun mətbuat xidməti APA-ya xəbəri təsdiqləyib.

Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.

Xəbər lenti