Xəzər Xəbər

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Gündəm | 10:26 • 24 Yanvar 2023
Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Komissiyadan bildirilib.

İclasda əfvlə bağlı müraciətlərə baxılacağı vurğulanıb.

Qeyd edək ki, cari ildə indiyədək Əfv Komissiyasının iki iclası baş tutub, ümumilikdə 200-dən çox müraciətə baxılıb.

Onu da bildirək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

Xəbər lenti