Xəzər Xəbər

Quru Qoşunlarında komandoların yarışı keçirilib FOTO

Gündəm | 17:55 • 8 Dekabr 2022
Quru Qoşunlarında komandoların yarışı keçirilib

Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında “Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki hazırlıq üzrə məqbullar qəbul edilib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışın mərhələləri üzrə verilən tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə icra edilib.

Xəbər lenti