Xəzər Xəbər

Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"

Gündəm | 15:44 • 8 Dekabr 2022
Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"

“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.

Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsi layihəsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.

O, layihə üzərində işin davam etdiyini söyləyib.

Xəbər lenti