Xəzər Xəbər

Sahibə Qafarova Türkmənistanın dövlət ordeni ilə təltif olunub FOTO

Gündəm | 15:15 • 8 Dekabr 2022
Sahibə Qafarova Türkmənistanın dövlət ordeni ilə təltif olunub

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov spiker Sahibə Qafarova ilə görüşdə medalı Azərbaycan parlamentinin rəhbərinə təqdim edib.

Parlamentin spikeri Sahibə Qafarova bu yüksək mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirərək, bu Ordeni Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinə göstərilən diqqət və hörmətin əlaməti kimi qiymətləndirib.

Xəbər lenti