Xəzər Xəbər

Kamran Əliyev: Qarabağa qanunsuz səfərlərin təşkili yolverilməzdir

Gündəm | 14:20 • 8 Dekabr 2022
Kamran Əliyev: Qarabağa qanunsuz səfərlərin təşkili yolverilməzdir

Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev Moskvada Rusiya və Ermənistandan olan həmkarları ilə keçirilən görüşdə deyib.

Baş prokuror Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunub, bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb.

“Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr tarixli və 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur”, - deyə K.Əliyev qeyd edib.

Xəbər lenti

Çox oxunanlar