Xəzər Xəbər

Ölkədə 125-dən çox vəkil qurumu fəaliyyət göstərir

Gündəm | 16:18 • 6 Dekabr 2022
Ölkədə 125-dən çox vəkil qurumu fəaliyyət göstərir

2018-ci ildən əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 125-i ötüb. Onların bir çoxu yenilənib, təmir olunub, maddi-texniki baza ilə təchiz edilib.

Xezerxeber.az xəbər verir ki, bu məlumatlar Vəkillər Kollegiyası üzvlərinin konfransında nümayiş olunan kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmində yer alıb.

Qeyd olunub ki, hazırda Azərbaycanda 245 vəkil köməkçisi fəaliyyət göstərir. Onlardan 95 nəfərini qadınlar təşkil edir.

Xəbər lenti